İlham Əliyevlə bu barədə razılığa gəldik

Bölmə: Siyasət › ,
Tarix: 09:34 07.07.2025

 


Mən əziz qardaşım Prezident İlham Əliyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mötəbər toplantısında iştirak etmək üçün nümayəndə heyətimlə birlikdə burada idim.


Biz bu gün iki üzv ölkə arasında qardaşlıq bağlarını daha da inkişaf etdirmək, ticarəti, sərmayələri, mədəniyyəti, təhsili, səhiyyəni və su ehtiyatlarını təşviq etmək barədə razılaşdıq. Prezident İlham Əliyevlə görüş çox məhsuldar keçdi. Biz Pakistanla Azərbaycan arasında ticarət və investisiyalarımızı strateji sahələrdə də inkişaf etdirmək barədə razılığa gəldik”, - Ş.Şərif qeyd edib.


Mövzu ilə əlaqədar siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Pakistan münasibətlərinin yaxınlaşması, Cənubi Qafqazdakı reallığı, artıq dəyişib:


“Çünki Qarabağ müharibəsində biz faktiki olaraq, Azərbaycan üzərində, baxmayaraq ki, Azərbaycan beynəlxalq hüquqdan kənara çıxmayıb, baxmayaraq ki, Azərbaycan başqa bir ölkənin ərazisinə iddia sürməyib və s tamamilə öz ərazilərini işğaldan azad edib, bir beynəlxalq təzyiq var Azərbaycan üzərində idi. Ermənistanı dəstəkləyən müxtəlif dairələr yanlış bir informasiya siyasəti aparıblar və Azərbaycanı israrla sanki bir təcavüzkar bir tərəf kimi göstərməyə çalışıblar və bu anda Azərbaycanın dəstəyinə gələn və ona birmənalı sona qədər dəstək olacağını ifadə eləyən bir neçə dövlət var idi. Amma biz bunların Türkiyəni görürdük və Pakistanı görürdük. Ona görə də biz deyə bilərik ki, artıq Azərbaycan, Pakistan münasibətləri və ya üçlü şəkildə Azərbaycan, Türkiyə, Pakistan münasibətləri, Cənubi Qafqazın reallığını dəyişib və dəyişməyə də daha da ddavam edəcək”.


Ekspertin sözlərinə görə, hər nə qədər Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olsa da, Türkiyə regional güc olsa da, yavaş-yavaş artıq dünyəvi gücə çevrilmək yolunda əmin addımlarla irəliləsə də, nə Azərbaycan, nə Türkiyə tərəfi atom silahlarına malik deyil:


“Bu gün bir dövlətin təhlükəsizliyinin bir neçə qarantiyası varsa və onlardan biri ən əsaslarından biri məhz hərbi texnoloji üstünlükdür ki, hərbi texnoloji üstünlükdən danışanda da biz məhz bu sahədə ən yaxşı sayılan atom bombaları, nüvə silahlarını misal göstərə bilərik. Təəssüflər olsun ki, bu gün Azərbaycan və Türkiyə hələ atom silahlarına sahib deyil. Lakin Pakistan qardaş bir dövlət artıq atom silahına sahib olan nüvə dövləti kimi həm özünün əhəmiyyətini artırır, həm də onunla inteqrasiya etmək, Azərbaycana və Türkiyəyə, ümumiyyətlə üçlü şəkildə bu ittifaqa daha fərqli perspektivlər fərqli güc gətirir. Türkiyə Pakistan, Azərbaycan üçbucağı formalaşdırmaq məqsədi daşımır. Onsuz da əvvəldən belə bir müttəfiqlik var idi. Yəni Azərbaycan, Türkiyə və Pakistan tərəfləri dünyanı görüblər, dəyişiklikləri görüblər. Hər nə qədər demokratiya tipli rejimlər bərqərar olsalar da, Qərb dairələrinin hələ də səlibçi təfəkkürdən çıxış etdiyinin fərqində idik. Və artıq son onilliklərdir ki, Azərbaycan, Pakistan, Türkiyə üçbucağı həmin bu təhlükələrə qarşı birgə addımlamaq siyasətinə davam ediblər. Əvvəllər bir az bunun üçün bəlkə də situasiya yetişməyib, bəlkə də hələ tam o gücdə deyildi. Amma zaman keçdikcə bu gün görürük ki, artıq Azərbaycan və Türkiyə, eyni zamanda Pakistan tərəfləri bu istiqamətdə daha ciddi addımlar atırlar və düşünürəm ki, qlobal arenada baş verən bu ciddi dəyişikliklər fonunda Azərbaycan, Türkiyə, Pakistan İttifaqının möhkəmlənməsi istiqamətində daha da ciddi addımlar atılacaq və gələcəkdə bu daha yaxşı nəticələr vəd edəcək”.


Asiman Vəliyeva