HƏMAS-İsrail danışıqları nəticəsiz başa çatıb

Tarix: 10:17 07.07.2025
HƏMAS və İsrail arasında Qətərdə keçirilən dolayı atəşkəs danışıqlarının ilk sessiyası nəticəsiz başa çatıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Mənbəyə görə, İsrail nümayəndə heyətinin HƏMAS-la razılığa gəlmək üçün kifayət qədər mandatı olmayıb.