Rusiyanın nəqliyyat naziri istefaya göndərilib

Bölmə: Dünya › ,
Tarix: 10:25 07.07.2025

Rusiyanın nəqliyyat naziri Roman Starovoyt istefaya göndərilib.

 

"İnformator.az" APA-ya istinadən verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

 

 

Bildirilib ki, Putinin fərmanı ilə R. Statovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.