Bu ay iki hərrac keçiriləcək

Tarix: 15:49 07.07.2025
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 22-si və 29-da hərraclar keçiriləcək. Hərraclara 74 nəqliyyat vasitəsi çıxarılıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, iyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir.
İyulun 29-da keçiriləcək hərraca lot üzrə 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.