Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları təsdiqlənib

Bölmə: Dünya › ,
Tarix: 16:47 07.07.2025

Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları təsdiqlənib.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Bu Qaydalar “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsə ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.


Həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılacaq.