Erməni səfir Rusiya XİN-ə çağırılıb

Bölmə: Dünya › ,
Tarix: 16:52 07.07.2025

 

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, o, Rusiya XİN-in binasına daxil olarkən görüntülənib.

 

Səfir Arsenyanın Rusiya XİN-ə niyə çağırıldığı və hansı mövzularda müzakirələrin aparılacağı hələlik açıqlanmayıb.

 

Xatırladaq ki, Ermənistan hökuməti rəsmi Moskvaya etiraz notası təqdim edib.