Ulduz futbolçu “Zirə”ilə oyuna qədər gözləməyib

Bölmə: İdman › ,
Tarix: 17:05 07.07.2025


Xorvatiyanın “Hayduk” komandasının futbolçusu İvan Rakitiç gələcəyi ilə bağlı qərarını açıqlayıb.


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, ulduz oyunçu karyerasını bitirib. 37 yaşlı yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşıb.

 

Rakitiç “Şalke”, “Sevilya” və “Barselona” kimi klublarda çıxış edib. O, Xorvatiya millisinin heyətində meydana çıxdığı 106 rəsmi matçda 15 qol vurub.


Xatırladaq k, “Hayduk” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibidir.