Ermənistanda təlimlər zamanı minaatan partlayıb, xəsarət alanlar var

Tarix: 20:17 08.07.2025
Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.
Bu barədə “İnformator.az” “Armenpress”ə istinadən xəbər verir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır. Zərərçəkənlərin sağlamlıq durumu ilə bağlı daha sonra məlumat veriləcək.