"Formula 1": "Red Bull" Kristian Hornerlə yollarını ayırıb

Tarix: 17:14 09.07.2025
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" britaniyalı Kristian Horneri komandanın rəhbəri vəzifəsindən azad edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Avstriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu posta əvvəllər "Reysinq Bullz"da çalışmış Loran Mekis gətirilib. Qeyd edək ki, "Red Bull" hazırda 172 xalla Konstruktorlar Kubokunda dördüncü pillədə qərarlaşıb. Lider "Mclaren"in 460 xalı var. Bu il Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.