Ümumdünya Universitet Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları bilinib

Tarix: 15:36 09.07.2025
23–26 iyul tarixlərində Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində Ümumdünya Universitet Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Universiadada Azərbaycanı 13 çəki dərəcəsində 13 cüdoçu (7 kişi, 6 qadın) təmsil edəcək.
Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Azərbaycan cüdoçularına kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.
Qadınlar
48 kq
Könül Əliyeva
52 kq
Aydan Vəliyeva
57 kq
Fidan Əlizadə
70 kq
Aytac Qardaşxanlı
78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Kişilər
60 kq
Babarəhim Mirzəyev
66 kq
Nazir Talıbov
73 kq
Nəriman Mirzəyev
81 kq
Mehdi Abbasov
90 kq
Elcan Hacıyev
100 kq
Davud Namazlı
+100 kq
Ramazan Əhmədov