Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Bölmə: Sosial › ,
Tarix: 17:24 09.07.2025

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

 

"İnformator.az" "Axar.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, iyulun 10-da şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.