Murat Çalık həbsxanaya qayıtdıqdan sonra yenidən xəstəxanaya göndərilib

Bölmə: Dünya › ,
Tarix: 17:25 09.07.2025

Daha əvvəl iki dəfə xərçəng xəstəliyindən müalicə olunan və İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunaraq Beylikdüzü bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Mehmet Murat Çalık yenidən xəstəxanaya yerləşdirilib.

 

Çalık 4 iyul cümə günü əməliyyat olunub. Həkimlər şurasının hesabatında Çalıka kəskin miyeloid lösemi (AML M4) və mukoepidermoid karsinoma diaqnozu qoyulduğu, həbsxana şəraitinin onun leykemiyanın təkrarlanma və həyatı üçün təhlükə yaradan infeksiya riskini artıra biləcəyi bildirilib. Buna baxmayaraq, Çalığın iyulun 8-də İzmirdəki Buza həbsxanasına qayıtması etirazlara səbəb olub.

 

Ədliyyə naziri Yılmaz Tunç iyulun 9-da AKP-nin TBMM Qrup Toplantısı öncəsi jurnalistlərə verdiyi açıqlamada Çalıkla bağlı "Tibbi rəy verildikdən və məhkəmə tibb ekspertizası bunu təsdiqlədikdən sonra onun həbsdə qalması mümkün deyil" deyib.


BBC News
Aysel Mirzəyeva