Klublararası dünya çempionatı: "Çelsi"nin qazancı...

Bölmə: İdman › ,
Tarix: 17:32 09.07.2025

"Çelsi" klublararası dünya çempionatında "Fluminense" komandasına qalib gəlməklə adını finala yazdırıb.

 

"İnformator.az"  "London Evening Standard"a istinadən xəbər verir ki, finala adlayan "Çelsi" klubu bu çempionatdan indiyə qədər olan qazanclarını 80 milyon funt sterlinqə (110 milyon dollar) çatdırıblar.

 

Əgər komanda finalda qalib gəlsə, bu məbləğ daha 7.5 milyon funt sterlinq artacaq. "Çelsi"nin baş məşqçisi Enzo Mareska yarımfinaldakı qələbədən sonra klubun 80 milyon funt sterlinq gözlənilməz qazancı ilə bağlı suala belə cavab verib: "Bunu mən yox, "Çelsi" bacardı. Mən oyunlara eyni şəkildə hazırlaşıram və pula əhəmiyyət vermirəm".