Azərbaycanı Ukraynanın bərpası konfransında bu şəxs təmsil edəcək

Tarix: 17:56 09.07.2025
Azərbaycan nümayəndə heyəti sabah İtaliyada "Ukraynanın bərpası konfransı"na qatılacaq.
"İnformator.az" "Teleqraf" a istinadən xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin muavini Yalçın Rəfiyev başçılıq edəcək.
"Ukraynanın bərpası konfransı"nın iki gün davam edəcəyi bildirilir. Qeyd edək ki, dəvət mayın 21-də Samir Şərifova İtaliyanın ölkəmizdəki səfiri Luka Di Canfrançesko və Ukrayna səfiri Yuriy Qusev tərəfindən təqdim olunub.