Çində artan hərbi fəaliyyətlər səbəbilə Yaponiyada yeni hərbi baza yaradılıb

Bölmə: Dünya › ,
Tarix: 18:16 09.07.2025

Yaponiyanın Saqa prefekturasında, Çinin artan hərbi fəaliyyətləri fonunda, ölkənin cənub-qərbindəki adaların müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yeni hərbi bazanın açıldığı elan edilib.


Yaponiyanın rəsmi Kyodo xəbər agentliyinin məlumatına görə, Quru Özünümüdafiə Qüvvələri (GSDF) mövzu ilə bağlı açıqlama verib.


Açıqlamada bildirilib ki, Çin ordusunun bölgədə artan fəaliyyəti səbəbilə cənub-qərb adalarının müdafiəsini gücləndirmək üçün yeni hərbi baza qurulub və bu baza Osprey tipli hərbi nəqliyyat təyyarələrinə ev sahibliyi edəcək.


Bazada fövqəladə hallarda Yapon ordusunun xüsusi müdaxilə birliklərinə əsgər və avadanlıq daşımaqla məsul olan birliyin ilk təyyarəsinin artıq yerləşdirildiyi qeyd olunub.


Təxminən 420 əsgərin xidmət edəcəyi hərbi bazaya avqust ayının ortalarına qədər ümumilikdə 17 təyyarənin köçürülməsi planlaşdırılır.


TRT HABER
Solmaz Muradova