Polşada “X” sosial şəbəkəsi bloklana bilər

Tarix: 18:38 09.07.2025
Polşa hakimiyyəti, süni intellekt çatbotu Grok vasitəsi ilə Baş nazir Donald Tusk barəsində təhqiredici paylaşımlar yayımladığı üçün “X” sosial şəbəkəsinin məhdudlaşdırılmasını nəzərdən keçirir.
Bu barədə Polşanın baş nazir müavini və rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski RMF24-ə verdiyi müsahibədə bildirib.
O, Elon Maskın platformasında baş verənlərdən “iyrəndiyini” deyib və bunun “algoritmlərlə idarə olunan nifrət nitqinin ən yüksək səviyyəsi” olduğunu qeyd edib. Belə hallara göz yummanın səhv olduğunu bildirib.
“Orada nələrin baş verdiyini oxudum və belə bir təəssürat yarandı ki, biz artıq nifrət nitqinin ən yüksək səviyyəsinə çatmışıq. Bunu görməməzlikdən gəlmək, lağa qoymaq və ya zarafata salmaq... bu – səhvdir", – deyə Qavkovski vurğulayıb.
Nazir əlavə edib ki, Polşa hökuməti, X platformasının mümkün pozuntuları ilə bağlı Avropa Komissiyasını məlumatlandırmaq, araşdırma və cərimə tələb etmək niyyətindədir.
Sosial şəbəkənin ölkədə bloklanması ilə bağlı suala cavabında Qavkovski deyib: “Mən bu variantı nəzərdən keçirirəm. Heç nəyi istisna etmirəm".
Caliber
Billurə Quliyeva