ABŞ iqtisadi təzyiq siyasətində geri addım atır

Bölmə: Siyasət › ,
Tarix: 22:35 09.07.2025

ABŞ yalnız 3 ölkə ilə ticarət razılaşması əldə edib.

ABŞ prezidenti Donald Trampın dəfələrlə hər ölkənin onlarla razılaşmaq istədiyini vurğulamasına baxmayaraq, ABŞ indiyədək yalnız 3 ölkə ilə ticarət razılaşması əldə edib.

Tramp “azadlıq günü” adlandırdığı aprelin 2-də xüsusilə əhəmiyyətli ticarət kəsiri olan ölkələri hədəf alıb.

Ölkələrin ədalətsiz ticarət təcrübələrini əsas gətirən Tramp, 10 faizlik baza tarifi və qarşılıqlı gömrük rüsumlarını ehtiva edən əhatəli tarif planını açıqlayıb.

“Ticarət müharibəsi” ilə bağlı narahatlıqlara səbəb olan bu plan qlobal bazarlarda təlatüm yaradıb. Bir həftə sonra bəzi ölkələr üçün əlavə tariflər 90 gün müddətinə dayandırılıb.

 

Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ üç ölkə ilə ticarət razılaşması əldə edib:

 

“Amma bu o demək deyil ki, ticarət anlaşmasında tariflər sıfıra endirilib. Sadəcə olaraq bölgədə təyin olunan tariflər aşağı enib. Müəyyən qarşılıqlı şəkildə güzəştlər əldə olunub. Bu üç ölkə hansılardır: Britaniya, Çin və Vyetnam.

Məsələn, Britaniya ilə əldə olunan razılıq bundan ibarətdir ki, Britaniyanın ABŞ-yə ixrac etdiyi yüz minə qədər maşına 10 % tarif qoyulacaq. Yüz mindən yuxarı maşınlara isə tarif daha yüksəkdir. Polad və alüminium da həmin bu razılaşma altına alınıb. Orada da xüsusi şərtlər tətbiq olunacaq. Yəni 25 və 50% tariflər tətbiq olunmayacaq. 10 %-lik əsas baza tarifi bütün Britaniya məhsullarına öz yerində qalır. Britaniya isə əvəzində Amerikadan daha çox ət və etanol alacaq. Bu əsas razılaşmanın əsas hissəsidir. Gördüyümüz kimi əsas baza tarifi qalır. Müəyyən güzəştlər əldə olunub. Burada tariflərin sıfıra endirilməsindən söhbət getmir. ABŞ Çin məhsullarına 145% tarif qoyub. 30 gün müddətinə bu 30%-ə endirilir. Çin isə tətbiq etdiyi 125% tarifi 10%-ə endirib. Bu 90 gün müddətinədir. Tariflərin uzadılması ondan sonrakı danışıqlardan asılı olacaq. Vyetnam ABŞ-nin məhsullarına cəmi 20% tarif tətbiq etməyi nəzərdə tutur. Başqa ölkədən gəlib, Vyetnamdan keçən məhsullara isə 40% tarifdir. Əvvəllər Vyetnama 46 %-lik bir tarif tətbiq olunub. Bu tarif aşağı endirilib. Burada önəmli olan məsələ ondan ibarətdir ki, çox yüksək tariflər aşağı endirildi. Müəyyən razılaşmalar əldə olundu. Amma tarif siyasəti davam edir. İndi Tramp digər ölkələrdən də cavab gözləyir. Nəticə nə ilə bağlıdır? Birincisi, Çinlə 145%-lik tarif tətbiqi ABŞ -də bütün məhsulların kifayət qədər yüksək bahalanması demək idi. Çünki ABŞ-də istehsal olunan məhsulların bir çoxu Çindən xammal, müəyyən hissələləri idxal edir. Nadir yer elementləri,bir çox faydalı qazıntılar, müəyyən avadanlıqların hissələridir. Ona görə də bu qədər böyük tarif Amerikanın özündə də istehsal olunan məhsulların maya dəyərinin artmasına gətirib çıxarır. Bu səbəbdən ABŞ burada maraqlı idi ki, tariflər düşsün. Amma Çin üçün də önəmlidir. Çünki Çinin də məhsullarının satışının azalması, Çindən Amerika fabriklərinin çıxıb getməsi, Amerika ilə ticarət müqaviləsi, bu qədər yüksək tariflər Çinə də sərf etmir. Çin üçün də ciddi risklər formalaşdırır. Ona görə Çin razılaşdı. Britaniya ilə Amerika xüsusi bir münasibətləri var. ABŞ-nin maliyyə sisteminin içərisində Britaniyanın böyük nüfuzu var. Britaniya və Amerika maliyyə sistemləri bir-birlərinə sıx bağlıdır. FED-in qurucu ailələrinin belə ikisi Britaniyadandır. Britaniyanın Amerikanın monetar siyasətində dollar çapı, bank sistemi, digər məsələlərdə böyük nüfuzu birbaşa iştirakladı var. Ona görə də Britaniya ilə bu məsələlər öz yoluna qoyulub. Baza tarifi də cəmi 10 % təyin olunub”.

 

Ekspert vurğulayıb ki, Vyetnam çox sürətlə inkişaf edən ölkədir:

 

“Vyetnam ABŞ məhsullarına 90%-in üzərində tariflər tətbiq edib. Amerika da ona görə 46 % tətbiq edib.Vyetnamın tətbiq etdiyi bəzi tariflər 100% idi. ABŞ 46 % tarif tətbiq edib. Sonra həmin tarifləri aşağı endirdi. Amma razılaşdılar ki, Vyetnam ABŞ-dən daha çox məhsul alsın. Xüsusilə də istehsal etdiyi məhsulları, komponentləri, kənd təsərrüfatı məhsulu və s. satışında maraqlı idi. Əsas məsələ burada hər iki ölkənin iqtisadi mənafeyidir. Bu addım zəruri addımdır. Çünki ABŞ-nin ticarət balansı 1 trilyon dolları ötüb keçdi. Bu qədərlik ticarət balansı nə deməkdir? ABŞ daha az ixrac edir, daha çox idxal edir. Çünki Amerika dünyada ən çox istehlak edən ölkələrdən biridir. Böyük bir istehlakçı ölkədir. Bu səbəbdən də bu qədər ticarət kəsiri davam edə bilməzdi. Bu nə deməkdir? ABŞ dünyaya, həm də dollar ixrac edir. İndiyə qədər bu kəsir təxminən ildə 300-400 milyard dollar civarında olub. Bu Amerika üçün çox uyğun olub. Çünki bu ticarət kəsiri ABŞ-yə imkan verib ki, dollar ixrac etsin. İxrac edib, dollar dünyanın rezerv valyutası kimi müxtəlif ölkələrin əsas ehtiyat valyutasına çevrilib. Lakin 1.1 trilyon dollar hər il kəsir vermək, dollar ixrac etmək, gələcəkdə dolların dəyərsizləşməsi demək olar. Bu ABŞ-nin özündə nəticədə dövlət borcunun artması demək olar. Çünki bu əvvəl-axır büdcə kəsirlərinə səbəb olur. Daha çox pul çapının vacibliyini önə çıxarır. Bu səbəbdən bu addım zəruri idi. Amma 2 apreldə kütləvi şəkildə tətbiq olunması, heç bir iqtisadi əsaslandırma olmadan sadəcə olaraq “hansı ölkə nə qədər tarif qoyubsa, onun yarısı və o qədər tətbiq edəcəm” prinsipi getmək bu çox riskli idi. Bu mümkün deyildi. Atılan iqtisadi addım tam olaraq əsaslandırılmayıbsa, bu çox riskli hesab olunur.ABŞ qısa müddətdə bunun nə qədər riskli olduğunu gördü. Ona görə təxirə saldı. Hər bir ölkə ilə ayrı-ayrılıqda danışıqlar aparılır və daha əsaslandırılan tarif siyasəti həyata keçirilməyə başlayır. Bu da risklərin yumşaldılması deməkdir. Zərurətdən olan addımdır. Bunun orta müddətdə müəyyən dərəcədə ağırlığı olacaq. Bu inflyasiyanın artması deməkdir. Uzun müddətdə nə qədər effektiv olması ABŞ-nin bundan sonra yürüdəcəyi iqtisadi siyasətdən asılıdır. ABŞ güclü istehsalçı ölkədir. İstehsal azalıb, onu yenidən bərpa etməyi düşünürlər. Çünki daha çox texnologiya, turizm olur. Hazırda ABŞ-nin belə bir iqtisadi göstəriciləri digərlərindən daha yaxşıdır. Avropa, Çinə baxanda Çin də nisbətən fərqli məsələlər var. Ona görə ABŞ-nin ticarət siyasətinə görə bütün ölkələr ABŞ ilə ticarət etmək istəyirlər. Çünki ABŞ böyük bazardır. Ona görə də ABŞ-yə qarşı hər hansı bir embarqo tətbiq etmək, təzyiq göstərmək mümkün deyil. Ölkələr bununla barışmalıdır və razılaşmalıdır. Bu ölkələrin özlərini etməli iqtisadi göstəricilərinə daha çox mənfi göstəricəkdir. ABŞ-də bunu çox gözəl bilir. Çünki bir çox ölkələrin böyüməsində, istehsal və ixracının artmasında ABŞ-nin birbaşa rolu olub. Bunun hesabına onlar böyüyüblər. Həm investisiyaların, həm də ABŞ-nin bu qədər ixracı, verdiyi kreditlərə görə əvəzini istəyir. Həmin ölkələr indiyə qədər böyük bir ticarətə malik olublar. ABŞ-nin Vyetnam və Çinlə ticarət kəsiri bərabərdir.Vyetnamın və yaxud da Çinin ABŞ ilə müsbət ticarət kəsiri ki, bu da həmin ölkələrin valyuta ehtiyatlarının artmasına səbəb olan əsas amil olub. Ona görə də hər hansı bir ölkə hərbi və siyasi cəhətdən ABŞ-yə qarşı təzyiq imkanlarına malik olsun. İqtisadi münasibətlər isə ABŞ o qədər də, maraqlı deyil. ABŞ hazırda əsas öz iqtisadiyyatındakî məsələlərin həllinə konsentrasiya olub. Hər hansı ölkə ilə iqtisadi münasibətlər zəifləsə də, digər ölkə ilə münasibətlər düzələcək. Burada istisna olan Çindir. Çin çox önəmli ölkədir. Çünki Amerika ilə Çin arasında iqtisadi münasibətlər həddən artıq çoxdur və qarşılıqlıdır. Bu münasibətlərin qırılması hər iki ölkə üçün ciddi təhlükələr formalaşdıra bilər”.

 

Nuray Əliyeva