Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb

Bölmə: Sosial › ,
Tarix: 11:40 11.07.2025

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, Sərəncamla Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650,0 (altı yüz əlli) min manat ayrılıb.

 

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.