Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

Bölmə: Sosial › ,
Tarix: 15:30 11.07.2025

“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.


"İnformator.az" agentliyə istinadən xəbər verir ki, yeni rezident Parkın 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradacaq.

 

Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.

 

Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.


"Yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki, Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir", - deyə məlumatda qeyd olunub.