Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq

Tarix: 15:32 11.07.2025
Azərbaycanda iyulun 12-15-də havanın maksimal temperaturu artacaq.
Bu barədə "İnformator.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.