Azərbaycanda əhalinin gəlirləri artıb

Bölmə: Sosial › ,
Tarix: 15:56 11.07.2025

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 42 milyard 747,8 milyon manat təşkil edib.

 

"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.


Qeyd edək ki, son 1 ildə isə əhalinin adambaşına düşən nominal gəliri isə 6,7% artaraq 4 177 manata yüksəlib.