Beynəlxalq səyyahlar Laçın şəhərindəki “Yurd” sərgi mərkəzini ziyarət ediblər

Tarix: 17:32 11.07.2025
Azərbaycanın azad edilmiş ərazilərinə səfər çərçivəsində MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Laçın şəhərindəki “Yurd” sərgi mərkəzini ziyarət ediblər.
"İnformator.az" “Report”a istinadən iştirakçılar Azərbaycanın zəngin mədəni irsinə həsr olunan ekspozisiya ilə tanış olublar.
Səyyahlara milli xalçaçılıq, rəssamlıq nümunələri, həmçinin Laçın şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından əvvəlki fotoşəkilləri təqdim edilib.