Tramp Netanyahunun İrana zərbə endirə biləcəyi ilə bağlı sözlərinə etiraz etməyib

Bölmə: Dünya › ,
Tarix: 08:28 12.07.2025

ABŞ Prezidenti Donald Tramp bu həftə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb. Görüş zamanı Netanyahunun İran nüvə silahı üzərində işləri bərpa edəcəyi təqdirdə İslam Respublikasına yenidən zərbə endirə biləcəyi ilə bağlı sözlərinə Tramp etiraz etməyib.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.

 

“Tramp Baş nazirə diplomatik həll yoluna üstünlük verdiyini bildirib. Bununla belə, ABŞ Prezidenti İranı atom bombası hazırlamağı qadağan edən sazişi imzalamağa sövq etmək üçün bundan sonra da hücum təhlükəsindən istifadə etmək niyyətindədir”, - nəşrdə bildirilir.