Tramp Ukraynanın 5 vilayətinin Rusiyaya verilməsini istəyir

Tarix: 15:06 12.07.2025
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə sülh sazişi imzalayacağı təqdirdə Ukraynanı ərazi güzəştlərinə məcbur edəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə "The Daily Telegraph" mənbələrə istinadla məlumat yayıb.
"Ağ Ev açıq şəkildə bildirib ki, Tramp Moskva ilə Kiyev arasında nizamlanmada vasitəçilik etsə, ikincisi ərazi güzəştinə getməli olacaq", - mənbə bildirib.
Söhbət Rusiya tərəfindən işğal edilmiş Ukraynanın Krım, Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Moskvaya verilməsindən gedir.
Nəşr yazır ki, Ukraynanın avropalı tərəfdaşları ABŞ liderinin bu yanaşmasından narahatdırlar: "Buna görə də Avropa İttifaqı alternativ plan təklif edə bilər".