Bakıda iki maşın toqquşub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Bölmə: Hadisə › ,
Tarix: 10:20 14.07.2025

Bakıda iki maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sabunçu rayonunda baş verib.

 

Belə ki, 1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi “Skoda Rapid” markalı avtomobilin toqquşması nəticəsində “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb, həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdirilib.

 

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.