Azərbaycanın daha bir futbolçusunun Qırğızıstan klubuna keçidi rəsmiləşib

Tarix: 14:04 14.07.2025
Qırğızıstanın “Abdış-Ata” komandası daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
"İnformator.az" məlumatına görə, yarımmüdafiəçi İlkin Muradov klubla müqavilə imzalayıb.
Qeyd edək ki, İlkin Muradov son olaraq "Səbail"də çıxış edib. “Abdış-Ata” daha əvvəl Mirabdulla Abbasovu transfer edib.