Paşinyan, fon der Lyayen və Koştanın Brüsseldə üçtərəfli görüşü başlayıb

Bölmə: Dünya › ,
Tarix: 13:59 14.07.2025

Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş başlayıb.

 

Bu barədə “İnformator.az"  "Armenpress"ə istinadən xəbər verir.

 

Danışıqlarda Ermənistan nümayəndə heyətini baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə naziri Srbui Qalyan, daxili işlər naziri Arpine Sarkisyan, XİN başçısının müavini Vahan Kostanyan və Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan təmsil edir. Avropa tərəfindən görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos və digər rəsmilər iştirak edirlər.