AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib

Bölmə: Dünya › ,
Tarix: 14:52 14.07.2025

Azərbaycan Mərkəzi Bankı (AMB) “İpək Yolu Sığorta” və “PAŞA Sığorta” ASC-lərə icrası məcburi sərəncam verib.

 

"İnformator.az" bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.