Suriya tankları hərəkətə keçib, İsrail məhv edib

Bölmə: Dünya › ,
Tarix: 19:31 14.07.2025

İsrail ordusu Suriyaya növbəti dəfə zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Ordusundan məlumat verilib.


Qeyd olunub ki, ölkənin cənubunda Suveydəyə yaxınlaşan tanklar vurulub.

 

Suriya Daxili İşlər Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında tankların cənubda asayişi təmin etmək üçün hərəkət etdiyini bildirib.