“Mən Moldova ilə birləşmək istəyirəm”-Rumıniya Prezidenti

Tarix: 20:11 18.07.2025
Rumıniya Prezidenti Nikuzor Dan Moldova ilə birləşmə məsələsinə münasibət bildirib. O, bu barədə Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibədə danışıb.
“Şəxsən mən Moldova ilə birləşmək istəyirəm, lakin qonşu respublikanın vətəndaşlarının iradəsinə tam hörmətlə yanaşıram”, – deyə Dan vurğulayıb.
Rumıniya prezidenti qeyd edib ki, hazırda Moldova əhalisinin təxminən 35 faizi birləşmə ideyasını dəstəkləyir.
“Nə qədər ki, qonşu ölkənin əhalisinin əhəmiyyətli hissəsi mövcud idarəetmə formasını dəstəkləyir, Rumıniya tərəfindən bu istiqamətdə heç bir addım atılmayacaq”, – deyə o, fikrini tamamlayıb.
Mənbə :Caliber
Aytən Ağazadə