ABŞ-də kruiz gəmisinin göyərtəsində "müəmmalı xəstəlik" -134 sərnişin virusa yoluxub

Tarix: 22:42 18.07.2025
Dəbdəbəli kruiz gəmisinin yüzdən artıq sərnişini ABŞ-dən Meksikaya səfər zamanı naməlum xəstəliyə yoluxub.
"İnformator.az" xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
“Navigator of Seas” kruiz gəmisi Los-Ancelesdən Meksikaya yola düşüb. Yeddi günlük səyahət müddətində 134 sərnişin və 7 ekipaj üzvü özlərini pis hiss ediblər: onlar qusma, mədə sancıları və ishaldan əziyyət çəkiblər.
Kruiz iyulun 11-də başa çatıb. Müəmmalı xəstəliklə yoluxmanın dəqiq səbəbi hələ də məlum deyil. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün şirkət gəmidə sanitar tədbirləri gücləndirib və bütün zərərçəkmişləri təcrid edib.