"Bologna"da Immobile küləyi

Bölmə: İdman › ,
Tarix: 20:34 18.07.2025

"Beşiktaş" ilə yollarını ayıran Ciro Immobile İtaliya liqası komandalarından "Bologna"ya transfer olunub. 35 yaşlı futbolçu yeni komandası ilə çıxdığı ilk oyunda 2 qol vuraraq diqqətləri üzərinə çəkib.

 

"Beşiktaş"ın böyük ümidlərlə heyətinə qatdığı, lakin istədiyi performansı əldə edə bilmədiyi Ciro Immobile öz vətəni İtaliyaya dönüb.

 

35 yaşlı futbolçu Serie A komandalarından "Bologna" ilə razılaşıb.

 

Təcrübəli futbolçu yeni komandası ilə çıxdığı ilk oyunda iki qol vuraraq diqqət mərkəzinə çevrilib.

 

"Gitschberg" ilə yoxlama oyunu keçirən "Bologna" qarşılaşmanı 8–0 hesabı ilə qazanıb.

 

Oyuna start heyətində başlayan Ciro Immobile iki dəfə rəqib qapısından top keçirib. Ulduz futbolçu göstərdiyi performansla azarkeşlərindən tam qiymət alıb.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə