Çin və Rusiya ikiqat zərbə hazırlayır-Müharibəyə 18 ay qalıb

Bölmə: Dünya › ,
Tarix: 22:29 18.07.2025

ABŞ və onun avropalı müttəfiqlərinin Çin və Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşmaq üçün yəqin ki, cəmi bir il yarım vaxtı var.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Qüvvələrinin yeni baş komandanı Aleksus Qrinkeviç bildirib.

 

O qeyd edib ki, iki lider 2027-ci ildə koordinasiyalı hücuma keçəcək:

 

“Əgər Çin lideri Si Szinpin Tayvana hücum etmək qərarına gəlsə, o, böyük ehtimalla öz addımlarını Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirəcək və qlobal hərbi münaqişəyə qapı açacaq. Fikrimcə, bu o deməkdir ki, hər iki şey eyni anda baş verə bilər”.

 

Onun sözlərinə görə, Çin və Rusiyadan ikiqat zərbə yaxınlaşır və 2027-ci il potensial olaraq böhran ili ola bilər:


Amerikalı general vurğulayıb ki, hazırkı vəziyyətdə müttəfiqlərin hazırlaşmaq üçün çox az vaxtı var – cəmi 18 ay. Hazır olmaq üçün əldə edə biləcəyimiz hər bir texnikaya və hər bir sursata ehtiyacımız olacaq".