AB güzəşt istəyir, Tramp israr edir

Tarix: 22:33 18.07.2025
ABŞ Prezidenti Donald Tramp Avropa Birliyindən idxal olunan məhsullara gömrük rüsumlarını 15-20%-dən aşağı salmayacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Brüssel tarifləri 10 faizə salmaq üçün ABŞ-la danışıqlar aparır. Lakin ABŞ rüsumları 15 faizdən aşağı salmayacaq.
Qeyd edək ki, ABŞ administrasiyası avqustun 1-dən etibarən AB-dən idxal olunan mallara 30 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib.