Rusiya Almaniya ilə bu sazişdən çıxıb

Bölmə: Dünya › ,
Tarix: 22:36 18.07.2025

Rusiya Almaniya hökuməti ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxıb.


"İnformator.az" 
xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin qərar imzalayıb.


Qeyd olunur ki, müqavilə 1996-cı ildə imzalanıb. Sonra Moskva və Berlin razılaşıblar ki, Rusiya və Almaniya müəssisələri, təşkilatları və idarələri arasında hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcəklər.

 

Daha öncə də Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, hazırkı şəraitdə saziş öz mənasını və praktiki əhəmiyyətini itirib.