Donbassla bağlı tələblər münaqişəni dərinləşdirir

Tarix: 22:36 18.07.2025
Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna ilə danışıqların üçüncü raundunu İstanbulda keçirməyə hazırdırlar və Kiyevin prosesi davam etdirəcəyinə ümid edirlər.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, Rusiya Ukraniyaya qarşı təcavüzkər siyasətini davam etdirib və bir tərəfdən də danışıqları aparmaq istəyir:
" Bu, beynəlxalq ictimaiyyətin diqqətini yönəltəmək üçündür. Məlum olduğu kimi Amerika Biləşmiş Ştatları Prezidenti Donald Tramp avqustun otuz birinə qədər Rusiyaya vaxt verib ki, Ukrayna ilə atəşkəs haqqında razılaşmalara gəlsin və münaqişəni dayandırsın. Əks halda Rusiyanı ağır sanksiyalar gözləyir. Hazırda Rusiyanın iqtisadi vəziyyəti çox gərgindir, faktiki olaraq iqtisadi çöküş ərifəsindədir, bank sektoru ciddi böhranı vəziyyətindədir və buna görə də Rusiya tərəfi maksimum şəkildə çalışır ki, müddəti uzatsın, yəni danışıqlar prosesi gedəcək və müddəti uzanacaq. Ukraynaya qarşı, Rusiyanın tələblərindən biri odur ki, Rusiya məlum olduğu kimi, Donbass bölgəsini tam ələ keçirə bilməyib, Luganskın böyük ölçüdə ələ keçirsə də, Donetsk bölgəsində mühüm çətinliklər durur, yəni onları buranı hələ işğal edə bilməyib. Rusiyanın, Ukraynadan tələbi budur ki, Donbassını tamamilə boşaldılsın və tutulan torbaqları Rusiyanın ərazisi kimi tanısın. Birinci növbədə bu, Ukraynanın ərazi bütövliyin tamamilə pozulmasıdır. İkinci növbədə isə Ukraynanın özünün süverenliyinə ciddi şəkildə təhdit etməsi deməkdir. Əgər Ukrayna bunu edəcəksə və bu, faktiki olaraq Rusiyanın siyasətini qəbul etmək mənasına gəlir ki, bugünə qədər baş verən müharibə boşa gedə bilər".
Ayşən Səlimova