Cəlilabadda balıqların kütləvi ölümü

Bölmə: Hadisə › ,
Tarix: 17:09 21.07.2025

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.

 

"İnformator.az" " Report" a  istinadla xəbər verir ki, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.

 

Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.