Suriyanı parçalamaq istəyib

Bölmə: Dünya › ,
Tarix: 15:21 22.07.2025

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrack İsrailin Suriyaya qarşı hücumları ilə bağlı tarixi bir etiraf edib. O bildirib ki, İsrail Suriyada güclü və mərkəzləşdirilmiş bir hökumət yox, parçalanmış və bölünmüş bir Suriyanı üstün tutub.

 

Barrack "Associated Press" (AP) agentliyinə Suriyadakı proseslərlə bağlı müsahibə verib. Xüsusi nümayəndə Barrack ABŞ-nin Suriyada yeni hökumətə dəstəyini bir daha ifadə edərək, mövcud rəsmilərlə əməkdaşlıqdan başqa bir “B planı”nın olmadığını söyləyib.

 

“İsrailin suveren bir dövlətə müdaxiləsini qəbul etmək və ya etməmək çətin bir sualdır", – deyə Barrack bildirib və əlavə edib ki, İsrail Suriyanın güclü mərkəzi hökumət tərəfindən idarə olunmasındansa, ölkənin parçalanmış və bölünmüş vəziyyətdə qalmasını üstün tutub.

 

19 iyul tarixində Suriyada SDQ adından çıxış edən terror təşkilatı PKK/YPG-nin başçılarından Ferhad Abdi Şahinlə görüşən Barrack, Süveydadakı zorakılıq hadisələrinin Suriya hökuməti ilə PKK/YPG arasında aparılan danışıqlara zərər verməyəcəyini və qarşıdakı həftələrdə dönüş nöqtəsinin yaşanacağına inandığını deyib.

 

Barrack Türkiyənin Suriyaya mümkün müdafiə dəstəyi ilə bağlı olaraq bildirib ki, ABŞ-nin Suriya ilə Türkiyə arasında müdafiə sazişi bağlanması ehtimalı ilə bağlı “heç bir mövqeyi” yoxdur və vurğulayıb: “ABŞ-nin qonşu ölkələrə bir-birlərinə nə etməli olduqlarını demək kimi bir funksiyası və ya bu məsələdən əldə edəcəyi hər hansı bir çıxarı yoxdur".

 

Haberler.com

Aygün Babayeva