“Kəpəz”in yeni sponsoru açıqlanıb

Tarix: 22:23 22.07.2025
“Kəpəz” klubunun yeni forma sponsoru bəlli olub.
"İnformator.az" "İdmanxeber.az" a istinadən xəbər verir ki, “Unibank” Gəncə klubu ilə əməkdaşlığa başladığını rəsmən açıqlayıb. Bu barədə bankın rəsmi sosial şəbəkə hesabından paylaşım edilib.
Paylaşımda “Unibank Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi – Kəpəz Futbol Klubunun sponsoru oldu!
Bu sadəcə bir klub dəstəyi deyil – bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdir.
Yaşasın futbol!
Yaşasın Kəpəz!
Yaşasın bu ruhu yaşadan hər kəs!” – deyə, bildirilib.