Dünya futbolu “Mançester nəhəngləri” Morten Hyulmandın keçidi uğrunda yarışa başlayıb

Tarix: 22:21 22.07.2025
“Sportinq”in danimarkalı yarımmüdafiəçisi Morten Hyulmand karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Mançester Siti” 26 yaşlı futbolçunun transferi üçün mübarizəyə qoşulub.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Hyulmandın bazar dəyəri 50 milyon avro civarındadır.
Qeyd edək ki, ötən mövsüm təcrübəli futbolçu “Sportinq”in heyətində 47 oyuna çıxaraq 3 qol və 2 assistlə yadda qalıb.