“Qarabağ”dan ayrılan futbolçu “Sumqayıt”da

Tarix: 22:24 28.07.2025
“Qarabağ”dan ayrılan Rüstəm Əhmədzadənin yeni klubu müəyyənləşib.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü “Sumqayıt”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Rüstəm Əhmədzadə son 3 mövsümü icarə əsasında “Zirə”də keçirib.