Niderlanddan Ukraynaya silah yardımı

Tarix: 20:07 05.08.2025
Niderland Ukraynaya ABŞ istehsalı olan silahlar, o cümlədən “Patriot” sisteminin komponentləri və raketlərini təqdim edəcək. Müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bu yardımı Ukraynanın hava hücumlarından müdafiə ehtiyacları və Avropanın təhlükəsizliyi baxımından vacib addım kimi qiymətləndirib.
Mövzu ilə bağlı açıqlamasında politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, İlk qeyd etmək lazımdır ki, Patriot sistemləri Amerika Birləşmiş Ştatları və Mesa NATO ölkələrinin əsas müdafiə qurğularından biridir və onların ümumi mənada birmənalı satışı əslində bildiyim qədər də asan bir proses deyil:
"Yəni imkansıza bərabər kimi bir şeydir. Burada məsələ budur ki, böyük ehtimal Niderland, ABŞ istehsalı olan Patriotları belə deyək, ortaq istifadə edilən Patriotlar və yaxud da özünün olan Patriotları Ukraynaya müvəqqəti istifadə üçün veribdir. Əslində bunun öncəsində ABŞ da bənzər addımlar atmışdır. Bu baxımdan bunu birmənalı belə qiymətləndirmək doğru deyil. Böyük ehtimalla bu, müvəqqəti verilibdir. Amma əlbəttə ki, Patriot sistemləri müdafiə sistemləri baxımından ən yaxşılarındandır və bu, Ukraynanın Rusiyayla müharibəsində və Rusiyanın gələcək aviasiya hücumlarının qarşısını almaq baxımından çox mühüm bir addımdır.
Niderlandın bu addımının NATO daxilindəki ölkələrə nümunə olmasına gəldikdə isə, məlumdur ki, NATO daxilində Ukrayna məsələsində fikir ayrılığı var və bu, artıq bir ildən çoxdur ki, davam edir. Böyük ehtimal bu sistemləri Niderland özbaşına verməyib. Yəni hələ-hələ Amerika istehsalı olan bir sistemin öz qərarı ilə verilməsi inandırıcı deyil. Bu, yəqin ki, razılaşma əsasında verilibdir. Bu baxımdan, əlbəttə ki, bu analoji addımın davamı da olacaqdır. Çünki Ukrayna–Rusiya müharibəsinin davam etməsində maraqlı olan qüvvələr mövcuddur və bu qüvvələr müharibənin tezliklə bitməsini istəmirlər. Amma müharibədə maraqlı olmayan qüvvələr də var ki, bu ölkələr faktiki olaraq müharibənin bitməsi üçün əllərindən gələni edirlər. Daha çox bu, Macarıstan və onun ətrafındakı blok daxilində aparıcı fikirdir və onlar ola bilər ki, bu məsələdə etiraz etsinlər əslində əvvəllər də bənzər formada öz etirazlarını bildiriblər.
Patriot sistemləri öz sinfinin ən yaxşılarıdır. Bu baxımdan da Ukraynanın hava müdafiə sistemlərini böyük ölçüdə təmin edə biləcəyini demək olar. Amma birmənalı şəkildə bütöv təhlükələrdən sığortalamaq heç bir sistem tərəfindən edilə bilən bir məsələ deyil. Faktiki olaraq, İran–İsrail gərginliyi fonunda biz İsrailin "dəmir qübbə"sinin də heç də aşılmaz olmadığını gördük. İran raketləri də intensiv atəş nəticəsində yayına bilir. Belə olan təqdirdə, birmənalı müdafiə edəcək deyə bir anlayış yoxdur. Amma təbii ki, gələn hücumları böyük ölçüdə qarşısını alacaq. Əslində Rusiya tərəfi də İranın İsrailə etdiyi hücumlar kimi intensiv raket hücumları etmir. Yəni adətən ya ballistik hücumlar etmir, yaxud da daha dağıdıcı gücü az olan raketlərdən istifadə edir ki, bunların qarşısını Patriot ala bilir. Amma dediyim kimi, birmənalı şəkildə müdafiə edəcək deyə bir şey yoxdur. Hər sistemin zəif və üstün tərəfləri olduğu kimi, Patriotun da zəif və üstün tərəfləri var".
Xəlilli Nigar