Luka Jovic "AEK Atina"da

Bölmə: İdman › ,
Tarix: 22:28 05.08.2025

Yunanıstan Liqası təmsilçilərindən "AEK Atina", "Milan"la yollarını ayıran Luka Jovici heyətinə qatdığını açıqlayıb. Luka Jovicin yeni ünvanı Yunanıstan oldu. Serbiyalı hücumçu "AEK Atina" ilə müqavilə imzalayıb.

 

"Milan"la müqaviləsi başa çatan Jovic, 2 illik sözləşməyə imza atıb. Serb hücumçunun illik təxminən 2,5 milyon avro qazanacağı bildirilib."Crvena Zvezda" (Kızılyıldız) akademiyasında yetişən Jovic karyerası ərzində "Benfica", "Real Madrid", "Fiorentina" və "Milan" kimi önəmli klublarda çıxış edib.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə