Biləsuvarda 3 otaqlı ev yanıb

Bölmə: Hadisə › ,
Tarix: 16:30 10.08.2025

Biləsuvar rayonunun Amankənd kəndində yanğın olub.

 

Bu barədə "İnformator.az"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin (yaşayış olmayan) tavanı 80 m² sahədə, 4 ədəd pəncərə çərçivəsi və 1 otağa yığılan 500 kiloqram ot bağlaması yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.