Bakı və İrəvan arasında istənilən sülhü alqışlayırıq -Arakçi

Tarix: 23:29 10.08.2025
Tehranın mövqeyi dəyişməz olaraq qalır: İran Ermənistan və Azərbaycan arasında istənilən sülhü alqışlayır, regionun bütün ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir.
"İnformator.az" xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, İran İrəvan və Bakı ilə fəal məsləhətləşmələr aparır.