Ərdoğandan zəlzələ bağlı paylaşım...

Tarix: 22:45 10.08.2025
İlk andan etibarən bütün qurumlar hərəkətə keçərək lazımi addımlar atmaqdadır. Biz də hadisələrin gedişatını yaxından izləyirik.
"İnformator.az" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesirdə baş verən zəlzələ ilə bağlı X səhifəsində yazıb.
“Balıkesirdə baş verən və ətraf illərdə hiss edilən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. Rəbbimiz ölkəmizi bütün fəlakətlərdən qorusun”, - deyə dövlət başçısı qeyd edib.