Bilgəhdə dənizdə bir nəfər batıb

Tarix: 22:59 10.08.2025
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə "İnformator.az" "FHN"ə istinadən xəbər verir.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.