Britaniya F-35-i Yaponiyaya məcburi eniş edib

Bölmə: Dünya › ,
Tarix: 16:46 10.08.2025

Britaniyaya məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsi Yaponiyanın cənub-qərbindəki Kaqoşima hava limanına məcburi eniş edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə bu gün yerli vaxtla saat 11:30-da (06:30) baş verib. Enişə səbəb kimi texniki nasazlıq göstərilib.