Avstraliya Fələstini dövlət kimi tanıyacaq

Bölmə: Dünya › ,
Tarix: 10:37 11.08.2025

Avstraliya sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Antoni Albaniz deyib.

 

“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, - o bildirib.


Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Fransa, Böyük Britaniya və Kanada da Fələstini tanıyacaqlarını bəyan etmişdilər.