"Mançester Siti" Qrilişi icarəyə göndərir

Bölmə: Dünya › ,
Tarix: 14:40 11.08.2025

 

"Mançester Siti"nin futbolçusu Cek Qriliş İngiltərədə klubunu dəyişəcək.

 

"İnformator.az" məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Everton"a keçməyə razılıq verib.

 

Mənbənin məlumatına görə, Liverpul təmsilçisi Qrilişi icarəyə götürəcək. 

İngiltərə millisinin üzvü bu gün "Everton" üçün tibbi müayinədən keçəcək.